Fransanın “Strasburq” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Julyen Stefan çalışdıracaq.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, bir neçə gün öncə istefa vermiş Tyerri Loreni əvəz edib. Yeni baş məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2015-ci ildən məşqçiliyə başlamış Julyen Stefan, daha öncə yalnız “Renn”də çalışıb. O, 2015-2018-ci illər aralığında bu klubun B komandasını çalışdırıb. 2018-ci ildən etibarən “Renn”in əsas komandasına baş məşqçilik edən 40 yaşlı mütəxəssis, bu ilin mart ayında istefaya göndərilmişdi.

“Strasburq” Liqa 1-də son mövsümü 15-ci pillədə başa vurub.

Shares: