Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) 5 əvəzetmə qaydası ilə bağlı qərarda dəyişiklik edib.

Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qaydanın istifadə müddəti 2022-ci ilin sonuna qədər uzadılıb.

5 əvəzetmə qaydası ötən ilin mayından koronavirus pandemiyası səbəbindən tətbiq edilməyə başlamışdı. Qərarın bundan əvvəlki istifadə müddəti bu ilin sonuna qədər idi.

Shares: