Futbol üzrə Kolumbiya milli komandasının hücumçusu Alfredo Morelosda koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Koronavirus testi müsbət çıxan Morelos karantinə alınıb. Hücumçu ilə yanaşı, millinin məşqçilərindən Xose Rondonda da virus aşkarlanıb. Hər iki şəxs təhlükəsizlik protokoluna uyğun olaraq təcrid olunub.

Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodriqes də millinin heyətindən kənarlaşdırılıb. Federasiyanın yaydığı məlumata görə, 29 yaşlı futbolçunun fiziki formasının qənaətbəxş səviyyədə olmadığı üzə çıxıb. Bu üzdən də İngiltərənin “Everton”un klubunun futbolçusunun yığmada saxlanılmasına ehtiyac duyulmayıb.

Beləliklə, Xames Amerika kuboku oyunlarını və DÇ-2022-nin seçmə mərhələsində Peru və Argentina ilə görüşləri buraxacaq. Kolumbiya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Peru, 8-də isə Argentina ilə qarşılaşacaq.

Shares: