İngiltərə Premyer Liqasında may ayının ən yaxşı futbolçusu məlum olub.
Futbolinfo.az xəbər verir ki, bu, “Nyukasl”ın futbolçusu Co Uillokdur. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi ötən ay iştirak etdiyi 5 oyunda 4 qol vurub.
Uillok müqavilə ilə “Arsenal”a məxsusdur. Yarımmüdafiəçi icarə əsasında “Nyukasl”da çıxış edir.
“Nyukasl” Premyer Liqada mövsümü 12-ci sırada bitirib.