Portuqaliyanın “Sportinq” klubu icarə əsasında komandada çıxış edən Joao Marionun transfer hüquqlarını “İnter”dən alıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mario ilə razılaşmanın detalları açıqlanmayıb.
“Sportinq” 2020-ci ilin oktyabrında Marionu İtaliyanın “İnter” klubundan icarəyə götürmüşdü. Portuqaliya mətbuatının xəbərinə görə, Lissabon təmsilçisi 29 yaşlı yarımmüdafiəçi üçün “neradzurra”ya 8 milyon avro ödəyəcək.
Mario Portuqaliya milli komandasının da üzvüdür.