Türkiyənin “Qaziantep” klubu üç futbolçusu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Andre Souza, Junior Morais və Roderik Miranda ilə vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər üç oyunçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Junior Morais 2019-cu ildən “Qaziantep”in uğurları üçün çalışırdı. 34 yaşlı braziliyalı sol cinah müdafiəçisi son mövsümdə Super Liqada 22 oyuna çıxıb.

Ötən ildən Türkiyə klubunda forma geyinən Andre Souza, 24 matçda 1 qol vurub. 30 yaşlı portuqaliyalı yarımmüdafiəçi zədə səbəbindən xeyli müddət idi komandaya kömək edə bilmirdi.

Roderik Miranda isə bu ilin əvvəlində “Qaziantep”ə gəlmişdi. 300 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi Super Liqada cəmi 13 matça çıxıb.

“Qaziantep” Super Liqada son mövsümü 9-cu pillədə başa vurub. Yeni mövsümdən bu komandanı Erol Bulut çalışdıracaq.

Shares: