Futbol üzrə ABŞ birinci liqasında 6-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sakramento Ripablik”lə qarşılaşıb. “Finiks Rayzinq” bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb. Millimizin forvardı 35-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Cari mövsümdə keçridiyi 5 oyunda 12 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.

Shares: