Futbol üzrə Gürcüstan çempionatında 16-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Kutaisi “Torpedo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 78-ci dəqiqədə meydana buraxılıb.

“Samtrediya” 16 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Shares: