Futbol üzrə Fransa milli komandasının Bolqarıstanla yoxlama oyununda zədələnən hücumçusu Kərim Benzemanın son durumuna aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı hücumçunun zədəsi ciddi deyil və 2-3 gün sonra komanda ilə birlikdə məşqlərə qoşulacaq.

Bu barədə Fransa mətbuatı məlumat yayıb. Benzema Fransa yığması ilə AÇ-2020-nin oyunlarında iştirak edə biləcək.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa yığması turnirin qrup mərhələsində Almaniya, Macarıstan və Portuqaliya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Shares: