Türkiyə Superliqası təmsilçisi “Hatayspor”un prezidenti Nihat Tazearslan “Neftçi”nin futbolçusu Namik Ələskərovun bu klubun diqqət mərkəzində olması ilə bağlı gəzən xəbərlərə münasibət bildirib.
Futbolinfo.az-a açıqlama verən klub rəsmisi Azərbaycan yığmasının üzvü ilə maraqlanmadıqlarını deyib:
“Namik Ələskərovla maraqlanmamışıq. Hazırki gündəmimizdə bu futbolçunun transferi yoxdur”.