“Sumqayıt”ın yay təlim-məşq toplanışının ilkin mərhələsinin proqramı məlum olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ayxan Abbasov qol.az-a açıqlamasında bildirib.

O deyib ki, toplanışın ilk mərhələsi Sumqayıtda olacaq: “Bu ayın 17-də komanda bir araya gələcək. Çalışacağıq ki, 1 yoldaşlıq görüşü keçirəcək”.

Abbasov toplanışın ikinci hissəsindən də danışıb: “Təlim məşq toplanışının ikinci hissəsini rəhbərliklə müzakirə edirik. İstəyirik ki, bu toplanışı ölkə xaricində edək. Yaxın günlərdə hər şey daha dəqiq məlum olacaq. Hazırda bir neçə təklif var, onları götür-qoy edirik. Elə yer seçməliyik ki, hər şey bizə uyğun olsun. Rəqiblər, şərait və başqa amillər. Amma belə Türkiyədən təkliflər var ki, orada keçirək. Türkiyəni istəyirik, çünki dilimiz, dinimiz, mətbəximiz çox yaxındır. Orada yaxşı rəqiblər olur. Bu, həm də şirkətkərdən aslıdır ki, onların təklifləri bizə uyğun olsun. Bilirsiniz ki, Konfrans Liqasına görə tez yığışacağıq. Ona görə yoldaşlıq görüşlərində problemlər olur”.

Shares: