AÇ-2020-nin başlamasına bir gün qalmış İtaliya millisi heyətdə dəyişiklik etmək məcburiyyətində qalıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, “Roma”nın yarımmüdafiəçisi Lorenso Pelleqrini ötən gün baş tutan məşq zamanı zədələnib. Bu üzdən də texniki heyət AÇ-nin startına qısa zaman qalmasına baxmayaraq, onu təcili başqa oyunçu ilə əvəzləmək qərarına gəlib. Pelleqrininin əvəzində yığmaya “Fiorentina”nın yarımmüdafiəçisi Qaetano Kastrovilli dəvət olunub. Amma bunun üçün artıq UEFA-nın rəsmi razılığı olmalıdır. Bu üzdən də İtaliya Futbol Federasiyası sözügedən dəyişiklik üçün UEFA-ya müraciət ünvanlayıb.

Qeyd edək ki, AÇ-2020-nin açılış matçında sabah İtaliya millisi Türkiyə yığması ilə qarşılaşacaq. Romadakı Olimpiya Stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Shares: