2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk olaraq kapitanla müqaviləni yeniləyib.
Futbolinfo.az xəbər verir ki, Vurğun Hüseynov növbəti mövsümdə də bu komandada çıxış edəcək.
Qeyd edək ki, Vurğun Hüseynov “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda bu komandada debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Vurğun həmçinin Azərbaycanın U-21 və əsas millilərində də çıxış edib.