Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi İngiltərənin “Liverpul” klubundan ayrılan Corcinyo Veynaldumu heyətinə qatıb.

Bu barədə Liqa 1 nəhənginin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı niderlandlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Qeyd edək ki, Corcinyo Veynaldum 2016-cı ildən “Liverpul”da çıxış edirdi. O, Fransa təmsilçisinə azad agent kimi keçib.

Niderland yığmasında 75 oyun keçirib, 22 qol vuran Veynaldum daha öncə “Feyenoord”, PSV və “Nyukasl”da da forma geyinib.

Shares: