“Qarabağ” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi 25 yaşlı braziliyalı yarımmüdafiəçi Kadi Borxes Malinovski ilə anlaşıb.
Sabah bu transfer rəsmən açıqlanacaq.
Malinovskinin son klubu Portuqaliya 2-ci Liqasında mübarizə aparan “Vilafrankense” olub. Kadi ötən mövsüm 27 matçda 5 qol vurub.