Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Keşlə”nin hazırlıq planı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, geridə qalan mövsümdə Azərbaycan kubokunun qalibi olan bu komanda iyunun 15-dən etibarən məşqlərə başlayacaq.
Sənan Qurbanovun çalışdırdığı komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Bakıda məşqlərə başlayacaq komanda, iyulun 1-də Qəbələyə yollanacaq. Bakı toplanışından öncə komanda üzvləri tibbi-müayinədən keçəcəklər. İyunun 27-də Bakıda yoxlama matçı planlaşdırılır.
1-14 iyul tarixlərini əhatə edəcək ikinci mərhələdə komanda Qəbələdə 5, 10, 14 iyul tarixlərində üç yoxlama matçı keçirməyi planlaşdırır.
Yoxlama oyunları üçün bütün rəqiblər barədə ətraflı məlumat veriləcək.