“Səbail”in hücumçusu Amil Yunanov karyerasını Türkiyədə davam etdirə bilər. Bu barədə futbolinfo.az-a futbolçunun özü məlumat verib.
O bildirib ki, hazırda danışıqlar davam edir: “Türkiyədən təklif var. Birinci liqa təmsilçisidir. Adını çəkməyəcəm, amma orda oynamaq variantı mümkündür. Əslində, bunu özüm də istəyirəm. Lakin hər şey danışıqlardan asılıdır. Alına da bilər, alınmaya da bilər. “Səbail”də də qala bilərəm”.