AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına Türkiyədən böyük maraq var.

Futbolinfo.az “ntvspor.net” saytına istinadən xəbər verir ki, Türkiyə yığmasının oyunlarını stadiondan izləmək istəyən yerli azarkeşlər təyyarə biletlərinə böyük maraq göstərirlər.

Türkiyə yığmasının xüsusilə, iyunun 16-da Uels və 20-də İsveçrə ilə oynayacağı oyunlar üçün Bakıya aviabilet axtarışlarında 5 qat, qiymətlərdə isə 130 faizlik artım olub. “Enuygun.com” səyahət portalının eksperti Tuğba Hacıbayramoğlu aviabiletlərdə qiymət artımı ilə bağlı bunları deyib:

“Millimizin qrupdakı Uels və İsveçrə ilə oyunları Bakıda olacaq. Hər iki oyun üçün Bakıya təyarrə biletlərinə böyük maraq var. İyunda Azərbaycana aviabilet axtarışında 5 qat, bu tarixlər üçün qiymətlərdə isə 130 faizlik artım var. Biletlərin bu tarixlərə olan əvvəlki qiymətləri ortalama 850 TL (171, 445 manat) idisə, indi 2,098 TL-dir (423,16 manat) “.

Türkiyə yığması AÇ-2020-nin qrup mərhələsinin ilk matçında bu gün İtaliya ilə qarşılaşacaq. Romada keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Türkiyə yığması iyunun 16-də Uels, 20-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.

Shares: