Azərbaycanda bu gün koronavirus infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335065 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328194 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib, aktiv xəstə sayı 1920 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8515, ötən müddət ərzində isə ümumilikdə 3606364 test aparılıb.

Shares: