Türkiyənin “Qalatasaray” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Kasımpaşa”dan Aytaç Kara və “Göztəpə”dən Alpaslan Öztürkü transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aytaç Kara “Altay”ın yetirməsidir. O, daha öncə “Əskişəhərspor”, “Trabzonspor”, “Yeni Malatyaspor” və “Bursaspor”da da forma geyinib. 28 yaşlı futbolçu Türkiyə millisində də 2 rəsmi matça çıxıb.
Belçikada anadan olan Alpaslan Öztürk isə peşəkar karyerasına “Birşot”da başlayıb. O, Belçikata “Standard”ın da uğurları üçün çalışıb. 2014-cü ildən Türkiyəyə üz tutan futbolçu, burada “Kasımpaşa”, “Əskişəhərspor” və “Elazığspor”un formasını geyinib. 27 yaşlı futbolçu 2018-ci ildən “Göztəpə”nin uğurları üçün çalışırdı.