“Qalatasaray” klubunun keçmiş futbolçusu Harri Kyuellin yeni iş yeri məlum olub.
Futbolinfo.az xəbər verir ki, 42 yaşlı mütəxəssis İngiltərənin “Barnet” komandasına baş məşqçi təyin olunub.
Bu barədə 5-ci liqa (Konfrans Liqası) təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kyuell son olaraq İngiltərənin 4-cü liqa təmsilçisi “Oldhem”də baş məşqçilik edib.
Kyuell futbolçu karyerası ərzində İngiltərədə “Lids”, “Liverpul”, Türkiyədə “Qalatasaray” kimi klublarda çıxış edib.