Futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin daha üç oyunu baş tutub.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündəki görüşlərdən biri Bakıda keçirilib.

Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gəlib. Bu görüşdə heç-heçə qeydə alınıb. A qrupunun digər matçında İtaliya millisi Türkiyəyə 3:0 hesabıyla qalib gəlib.

Daha sonra B qrupunda mübarizəyə start verilib. Əvvəlcə Kopenhagendə Danimarka yığması Finlandiya ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahiblərinin yarımmüdafiəçisi Kristian Eriksenin huşunu itirməsi ilə əlaqədar bu oyunda böyük fasilə yaransa da, sonradan bərpa olunub və finlərin qələbəsiylə yekunlaşıb. Günün son matçı isə Rusiya və Belçika milliləri üz-üzə gəlib. Sankt-Peterburqda təşkil olunan görüş belçikalıların inamlı qələbəsiylə yekunlaşıb.

AÇ-2020
12 iyun

A qrupu

Uels – İsveçrə 1:1
Qol: K.Mur, 74 – B.Embolo, 49.
Baş hakim: Kleman Turpen (Fransa).
Bakı. Olimpiya Stadionu.

Uels: Denni Uord, Ben Deyvis, Co Rodon, Co Allen, Aaron Remsi, Qaret Beyl, Kiffer Mur, Konnor Roberts, Co Morrell, Ceyms, Kris Mefam.

İsveçrə: Yan Sommer, Niko Elvedi, Maneul Akanci, Fabian Şer, Rikardo Rodriqes, Keven Mbabu, Qranit Caka, Remo Froyler, Xerdan Şakiri, Haris Seferoviç, Brel Embolo.

B qrupu

Danimarka – Finlandiya 0:1
Qol: Y.Pohyanpalo, 60.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Kopenhagen. Parken stadionu.

Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 10. Kristian Eriksen, 18. Daniel Vass, 19. Yonas Vind, 20. Yussuf Poulsen, 23. Pyer-Emil Heyberq.

Finlandiya: 1. Lukas Hradeçki, 2. Paulus Arajuri, 3. Daniel O’Şonessi, 4. Yoona Toivio, 6. Qlen Kamara, 8. Robin Lod, 10. Teemu Pukki, 14. Tim Sparv (k), 18. Yere Uronen, 20. Yoel Pohyanpalo, 22. Yukka Raitala.

Belçika – Rusiya 3:0
Qol: R.Lukaku, 10; 88. T.Munye, 34.
Baş hakim: Antonio Mateu Lahos (İspaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Dedrik Boyata, 5. Yan Vertongen (k), 8. Yuri Tilemans, 9. Romelu Lukaku, 11. Yannik Karrasko, 14. Dris Mertens, 16. Torqan Hazard, 19. Leander Dendonker, 21. Timoti Kastan.

Rusiya: 1. Anton Şunin, 2. Mario Fernandes, 5. Andrey Semyonov, 7. Maqomed Ozdoyev, 8. Dmitri Barinov, 11. Roman Zobnin, 14. Georgi Cikiya, 17. Aleksandr Qolovin, 18. Yuri Jijkov, 22. Artyom Dzyuba (k), 23. Daler Kuzyayev.

Shares: