“Neftçi” ilk transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu paraqvaylı futbolçu Sezar Meza Kollini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sezarla 2 illik – 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb.

29 yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində “10” nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Keşlə” (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/17 mövsümündə “Zirə”də oynayıb. O, bundan başqa İtaliyanın “Çezena” (2011-2012), “Pavia” (2012-2013), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya Krayova” (2018) klublarında çıxış edib.

Shares: