Almaniyanın “Ştutqart” klubunun futbolçusu Silas Vamanqituka cəzalandırılıb.
Futbolinfo.az xəbər verir ki, Almaniya Futbol Assosiasiyası konqolu hücumçunu saxta addan istifadə etdiyi üçün üç aylıq futbol yarışlarından diskvalifikasiya edib və 30 min avro cərimələyib.
Bir neçə gün əvvəl Vamanqitukanın əsl adının Silas Katompa Mvumpa olduğu ortaya çıxıb.