AÇ-2020-nin B qrupu çərçivəsində keçirilən Danimarka – Finlandiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Eriksen bu görüşün adamı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Matçın ilk hissəsinin sonlarında huşunu itirən futbolçu hər kəsi şoka salmışdı. Bu hadisə ilə əlaqədar hətta oyunda böyük fasilə də yaşandı. Qarşılaşma bərpa olunandan sonra isə Danimarka yığması 0:1 hesablı məğlubiyyətə üzülüb. Buna baxmayaraq, UEFA böyük jest edərək Erikseni matçın adamı seçməyə qərar verib.

Shares: