AÇ-2020-nin B qrupu çərçivəsində keçirilən Belçika – Rusiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Belçika yığmasının hücumçusu Romelu Lukaku bu görüşün adamı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu bu matçda iki qola imza atmaqla komandasının qələbəsində əsas pay sahiblərindən birinə çevrilib. Belçikanın 3:0 hesabıyla qalib gəldiyi oyunda digər qolu Tomas Munye rəqib qapısından keçirib.