Futbol üzrə Avropa çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
Əvvəlcə D qrupu çərçivəsində İngiltərə və Xorvatiya yığmaları üz-üzə gəlib. İngiltərə yığması bu oyundan minimal hesabla qalib ayrılıb.
Günün ikinci matçı C qrupunda Avstriya və Şimali Makedoniya yığmaları arasında baş tutub. Avstriyalılar bu görüşdə inamlı qələbəyə seviniblər. Qrupun digər oyununda isə Niderland və Ukrayna milli komandaları qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda Niderland yığması qələbə qazanan tərəf olub.
AÇ-2020
13 iyun
D qrupu
İngiltərə – Xorvatiya 1:0
Qol: R.Sterlinq, 57.
Baş hakim: Daniele Orsato (İtaliya).
London. “Uembli” stadionu.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 4. Deklan Rays, 5. Con Stounz, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 14. Kelvin Fillips, 15. Tayron Minqs, 19. Meyson Maunt, 20. Fil Foden.
Xorvatiya: 1. Dominik Livakoviç, 2. Şime Vrsalko, 4. İvan Perişiç, 5. Duye Çaleta-Çar, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Ante Rebiç, 21. Domaqoy Vida, 25. Yoşko Qvardiol.
C qrupu
Avstriya – Şimali Makedoniya 3:1
Qol: Ş.Layner, 18. M.Qreqoriç, 78. M.Arnautoviç, 89 – Q.Pandev, 28.
Baş hakim: Andreas Ekberq (İsveç).
Buxarest. Milli stadion.
Avstriya: 13. Daneil Baxmann, 2. Andreas Ulmer, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 8. David Alaba (k), 9. Marsel Sabitzer, 19. Kristof Baumqartner, 21. Ştefan Layner, 23. Xavyer Şlager, 24. Konrad Laymer, 25. Saşa Kaladziç.
Şimali Makedoniya: 1. Stole Dimitrevski, 5. Ariyan Ademi, 6. Visar Musliu, 8. Ezqyan Alioski, 9. Aleksandr Traykovski, 10. Qoran Pandev (k), 13. Ştefan Ristovski, 14. Darko Velkovski, 16. Boban Nikolov, 17. Enis Bardi, 21. Elyif Elmas.
Niderland – Ukrayna 3:2
Qol: C.Veynaldum, 52. V.Veqorst, 58. D.Dumfris, 85 – A.Yarmolenko, 75. R.Yaremçuk, 79.
Baş hakim: Feliks Brıx (Almaniya).
Amsterdam. Yohan Kroyff Arena.
Niderland: 1. Martin Stekelenburq, 6. Stefan de Vrey, 8. Corcinyo Veynaldum (k), 10. Memfis Depay, 12. Patrik van Aanholt, 15. Marten de Ron, 17. Deyli Blind, 19. Vaut Veqorst, 21. Frenki de Yonq, 22. Denzel Dumfris, 25. Juryen Timber.
Ukrayna: 1. Georgi Buşçan, 5. Sergey Sidorçuk, 7. Andrey Yarmolenko (k), 8. Ruslan Malinovski, 9. Roman Yaremçuk, 13. İlya Zabarnı, 16. Vitali Mikolenko, 17. Aleksandr Zinçenko, 20. Aleksandr Zubkov, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.