Türkiyənin “Eyüpspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, 1-ci liqa təmsilçisi Bolqarıstanın “Beroe” klubundan ayrılan fransalı müdafiəçi Teddi Mezaqeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mezaqe “Eyüpspor” klubunun 102 illik tarixinin ilk legioner futbolçusu olub.

31 yaşlı müdafiəçinin adı “Neftçi” klubu ilə də hallanırdı.

Shares: