İngiltərənin “Tottenhem” klubunda yeni təyinat gerçəkləşib.

Futbolinfo.az xəbər verir ki, İtaliya “Yuventus”undan ayrılan Fabio Paratiçi London klubunun yeni icraçı direktoru olub.

Bu barədə “Tottenhem”in mətbuat xidməti məlumat yayıb.

Paratiçi ilə anlaşmanın detalları açıqlanmayıb. İtalyan funksioner iyulun 1-dən yeni işinə başlayacaq.

Shares: