Danimarka – Finlandiya matçında huşunu itirən danimarkalı Kristian Eriksen hazırda xəstəxanadadır.

Futbolinfo.az xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, 29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin stabil olduğu və bir neçə testdən keçəcəyi bildirilib. Eriksenin bu səhər komanda yoldaşları ilə ünsiyyət qurduğu da qeyd olunub.

Danimarka – Finlandiya matçı 0:1 hesabıyla bitib. Eriksen dünən keçirilən qarşılaşmanın 42-ci dəqiqəsində huşunu itirərək yerə yıxılıb. Futbolçu həkimlərin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılıb.

Shares: