Futbol üzrə Gürcüstan çempionatında 17-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Tiflis “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 77-ci dəqiqədə meydana buraxılıb.

“Samtrediya” 17 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Shares: