AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən İngiltərə – Xorvatiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, İngiltərə yığmasının hücumçusu Rahim Sterlinq bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Mançester Siti”nin formasını geyinən futbolçu bu matçda vurulmuş yeganə qolun müəllifi olub.

Shares: