“Qarabağ” xorvatiyalı futbolçu Filip Ozobiçlə razılığa gələ bilmir. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi iyunun sonunda bitəcək müqaviləsini yeniləmək üçün Ağdam klubundan daha çox maaş istəyir.

Belə ki, Ozobiç illik 400 min dollar olan maaşının yüksəldilməsini, yarım milyon edilməsini tələb edir. Yığma komanda üçün milliləşdirilməsini, qarşıdakı çempionatda limitə düşməyəcəyini bəhanə edən oyunçu daha yüksək məbləğə layiq olduğunu iddia edir. “Qarabağ” isə bununla razılaşmır və məsələ açıq qalır. Bu ayın sonunda Azərbaycana gələcək futbolçu ilə son danışıqlar olacaq.

Shares: