“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə millisinin təlim-məşq toplanışını ziyarət edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb.

Bildirilib ki, yığmanın baş məşqçisi Şenol Günəşlə görüşən Qurbanov azərbaycanlı azarkeşlərin AÇ-2020-də Türkiyəni dəstəklədiyini bildirib. O, yığmaya turnirdə uğurlar arzulayıb. Şenol Günəş isə Qurbanova millinin imzalı formasını verib.

Qeyd edək ki, AÇ-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə, 4 gün sonra isə İsveçrə ilə qarşılaşacaq.

Shares: