Futbol üzrə Uels yığmasının kapitanı Qaret Beyl AÇ-2020-nin qrup mərhələsi çərçivəsində İsveçrəyə qarşı keçirdikləri oyundan danışıb.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu Bakıda baş tutan və 1:1 hesabıyla bitən matçla bağlı bunları söyləyib:
“Biz həqiqətən çox çalışdıq. Lakin belə isti havada istəyimizə nail olmaq çox çətindir. Bütün komanda yoldaşlarımla fəxr edirəm. Oyundan sonra razılaşdıq ki, bu, bizim üçün ilk addımdır. Fiziki formamızı bərpa etməli və dərhal növbəti oyunun hazırlıqlarına başlamalıyıq”.
Qeyd edək ki, Uels yığması ikinci oyununu iyunun 16-də Bakı Olimpiya Stadionunda Türkiyə seçməsinə qarşı keçirəcək.