AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Şotlandiya – Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Çexiya yığmasının hücumçusu Patrik Şik bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı forvad bu matçda vurulmuş hər iki qolun müəllifi olub. Almaniyanın “Bayer” klubunun formasını geyinən Şikin xüsusilə 52-ci dəqiqədə meydanın mərkəzindən vurduğu ikinci qol çox baxımlı alınıb.

Shares: