AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Polşa – Slovakiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Slovakiya yığmasının müdafiəçisi Milan Şkrinyar bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı mərkəz müdafiəçisi bu matçın 69-cu dəqiqəsində komandasının qələbə qoluna imza atıb.

Shares: