“Qarabağ” 2021/22 mövsümünün hazırlığına başlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hələlik tam heyətlə hazırlaşa bilmir. Belə ki, milli komandaya dəvət almış futbolçular toplanışa qarşıdakı günlərdə qoşulacaq. Çünki onlara əlavə istirahət verilib.

Qeyd edək ki, geridə qalan mövsümdə Premyer Liqanı ikinci pillədə başa vuran “Qarabağ” Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək.

Shares: