Futbol üzrə Amerika kubokunda qrup mərhələsinin ilk turuna yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turnirin açılış matçında A qrupu çərçivəsində Braziliya və Venesuela milli komandaları üz-üzə gəliblər.

Oyun braziliyalıların 3:0 hesablı qələbəsiylə başa çatıb. Qrupun digər matçında Kolumbiya Ekvadoru minimal hesabla məğlub edib – 1:0.

B qrupu çərçivəsində iki qarşılaşma baş tutub. Argentina yığması Çili ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Paraqvay millisi isə Boliviyadan üstün olub – 3:1.

Amerika kuboku
Qrup mərhələsi

A qrupu

Braziliya – Venesuela 3:0
Qol: Markos Aoas Korrea, 23. Neymar, 64-pen. Qabriel Barbosa, 89.

Kolumbiya – Ekvador 1:0
Qol: Edvin Kardona, 42.

B qrupu

Argentina – Çili 1:1
Qol: Lionel Messi, 33 – Eduardo Varqas, 57.

Paraqvay – Boliviya 3:1
Qol: Alexandro Romero, 62. Anxel Romero, 65; 80 – Ervin Saavedra, 10-pen.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp