UEFA Çempionlar Liqasında “Neftçi”nin rəqibi olan “Dinamo”nun (Tiflis) baş məşqçisi Kaxaber Sxadadzenin futbolinfo.az saytına müsahibəsi

  • “Neftçi” ilə rəqib olmağınız sizi sevindirdi?
  • Bu komanda Azərbaycanın ən önəmli klubudur. Futbolun ölkədəki markasıdır. Ağır və gərgin oyunlar bizi gözləyir. Düşünürəm ki, hər kəs üçün maraqlı qarşılaşma olacaq. Hazırlaşacağıq.
  • Bakı klubu sizin üçün necə rəqibdir? Başqa komandaların rəqib olmasını istədiniz?
  • Azərbaycan çempionudur və böyük tarixə malik komandadır. Biz çox güclü rəqiblə üz-üzə gələcəyik. Şanslar haqqında danışmaq üçün çox tezdir. Çünki bir-birimizi hazırki vəziyyətini indi analiz edəcəyik.
  • Yenidən Azərbaycana gəlmək sizi sevindirəcək?
  • Mənim həyatımın ən gözəl vaxtları Azərbaycanda keçib. Orada işləyəndə çox yaxşı şeylər yaşamışam. Yenidən Bakıya getmək qəribə və maraqlı hisslər olacaq. Təbii ki, buna görə sevinirəm də.
  • Samir Abasov sizin futbolçunuz olub, amma bu dəfə qarşınıza baş məşqçi kimi çıxacaq. Necə düşünürsünüz tələbənizlə duel necə alınacaq?
  • Biz birlikdə işləyəndə ona yaxşı bələd idim. Çox yaxşı futbolçu idi və məşqçi kimi də özünü sübut edir. Azərbaycan çempionu olub və ÇL-də oynayacaq. Onun məşqçi kimi parlaq karyerası var. Düşünürəm ki, özünü daim sübut edə biləcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp