AÇ-2020-nin F qrupu çərçivəsində keçirilən Fransa – Almaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu matçda komandasının 1:0 hesablı qələbə qazanmasında əsas pay sahiblərindən biri olub.

Qeyd edək ki, Poqba İngiltərənin “Mançester Yunayted” klubunun uğurları üçün çalışır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp