İtaliyanın “Yuventus” klubu müqavilə ilə Madrid “Atletiko”suna məxsus olan hücumçu Alvaro Morata ilə bağlı yekun qərarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Turin klubu ispan hücumçunu daha bir mövsüm saxlamağa qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər icarə müqaviləsinin müddətini bir il uzadıblar.
Qeyd edək ki, Morata ötən ilin sentyabrından “Yuventus”da oynayır. O, geridə qalan mövsümdə A Seriyasında meydana çıxdığı 32 matçda 11 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.