Fransa milli komandasının baş məşqçisi Didye Deşam AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Almaniyaya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, Deşam, 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:
“Almaniya kimi möhtəşəm komandaya qarşı yaxşı oyun sərgilədik. Bəzi epizodları daha yaxşı nəticələndirə bilərdik. İkinci qolu vurmağa çox yaxın idi. Keyfiyyət və bacarıqların ön plana çıxdığı bir oyun oldu.
Çətin vaxtlarda birlikdə olmalı və mübarizə aparmalıyıq. Rəqibə hücumlarımızla problem yaratmaq istədik. Lakin müdafiədə də çox yaxşı oynadıq”.