“Sabah”la yollarını ayıran Dmitro Klots karyerasını Ukraynada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Veres” klubuna keçib.

Bu barədə Rovno təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klotsla müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Klots Azərbaycanda “Sabah”la yanaşı, “Keşlə”də də çıxış edib.

“Veres” yeni mövsümdə Ukrayna Premyer Liqasında mübarizə aparacaq.

Shares: