Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan çempionu “Neftçi”nin də bu mərhələdəki potensial rəqibi bəlli olub. “Ağ-qaralar” mərhələni adlasa, Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin klubu “Legiya”nın 2-ci mərhələdəki potensial rəqibi də məlum olub. Varşava təmsilçisi 1-ci mərhələni keçsə, “Flora” (Estoniya) – “Hibernians” (Malta) matçının qalibi ilə qarşılaşacaq.

Bundan başqa, Türkiyənin “Qalatasaray” klubunun da rəqibinin adına aydınlıq gəlib. “Sarı-qırmızılar” bu mərhələdə Niderlandın PSV klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi

Dinamo (Zaqreb, Xorvatiya)/Valyur (İslandiya) – Omoniya (Kipr)

Slovan (Slovakiya)/Şemrok Rovers (İrlandiya) – Yanq Boyz (İsveçrə)

Bodo Qlimt (Norveç)/Legiya (Polşa) – Flora (Estoniya)/Hibernians (Malta)

Konnah (Uels)/Alaşkert (Ermənistan) – Teuta (Albaniya)/Şerif (Moldova)

Olimpiakos (Yunanıstan) – Dinamo (Tiflis, Gürcüstan)/Neftçi (Azərbaycan)

Makkabi (Hayfa, İsrail)/Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya)

Fola (Lüksemburq)/Linkoln (Cəbəllütariq) – ÇFR (Rumıniya)/Borats (Bosniya və Herseqovina)

Malmö (İsveç)/Riqa (Latviya) – HJK (Finlandiya)/Buduçnost (Monteneqro)

Ferentsvaroş (Macarıstan)/İlkin mərhələnin qalibi – Jalgiris (Vilnüs, Litva)/Linfild (Şimali İrlandiya)

Şkendiya (Şimali Makedoniya)/Mura (Sloveniya) – Ludoqorets (Bolqarıstan)/Şaxtyor (Belarus)

Rapid (Avstriya) – Sparta (Praqa, Çexiya)

Seltik (Şotlandiya) – Midtyulland (Danimarka)

PSV (Niderland) – Qalatasaray (Türkiyə)

Shares: