Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir arasında görüş keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Görüşdə AFFA və TFF arasında qarşılıqlı əməşdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Abdullayev AÇ-2020 çərçivəsində keçirəcəyi oyunlarda Türkiyə milli komandasına uğurlar arzulayıb. Özdəmir xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nin baş katibi Kadir Kardaş və digər rəsmi şəxslər iştirak edib.