Azərbaycan çempionu “Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkiil olunub.
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstan çempionu “Dinamo” (Tiflis) ilə qarşılaşacaq “ağ-qaralar” məğlub olacağı təqdirdə, Avropa Konfrans Liqasının Çempionlar yolunda mübarizəni davam etdirəcək. Belə olarsa, Samir Abasovun yetirmələri bu turnirdə “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) cütünün məğlubu ilə qarşılaşacaq. “Neftçi” ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 22-də və 29-da keçiriləcək.