“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Rusiyanın “Soçi” klubuna rəqib olmalarına münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında püşkü belə dəyərləndirib:

“Potensial rəqiblərdən ən güclüsü düşdü. Bildiyiniz kimi, “Soçi” komandası Rusiya Premyer Liqasında çıxış edir. İstənilən halda, rəqibin kimliyindən asılı olmayaraq, hətta “Soçi” komandasından da güclü rəqib düşsəydi belə, inanımız heç zaman itməməlidir. UEFA Konfrans Liqasında çıxış etdiyimizə görə çox xoşbəxtik. Belə görünə bilər ki, “Soçi” komandası bizə rəqib olduğuna görə məyus olmuşuq, ancaq bu, belə deyil. Biz çalışacağıq ki, mərhələni keçək. Ən əsası odur ki, inamımız daim bizimlədir”.

Shares: