“Zirə” PFK-nın mövsümlərarası hazırlıq planı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komanda iyunun 24-də çalışmalara start verəcək.
Hazırlıq mərhələsinin Bakıda keçiriləcək ilk hissəsi iyulun 16-dək davam edəcək. “Zirə” bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 18 iyul – 1 avqust tarixlərində qardaş ölkədə olacaq komanda bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.