Futbol üzrə Avropa çempionatının B qrupunun bu gün keçiriləcək Danimarka – Belçika oyunu 10-cu dəqiqədə dayandırılacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Belçika yığmasının hücumçusu Romelu Lukaku açıqlama verib.

O, AÇ-2020-nin qrup mərhələsinin ilk turunun Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən danimarkalı yarımmüdafiəçi Kristian Eriksen üçün belə addım atılacağını bildirib. Hər iki komandanın futbolçuları 10-cu dəqiqədə bir dəqiqəlik fasilə edəcək.

Danimarka millisinin 10 nömrəli futbolçusu Kristian Eriksen hazırda xəstəxanadadır.

Danimarka – Finlandiya matçı 0:1 hesabıyla bitib.

Bu gün keçiriləcək Danimarka – Belçika matçı saat 20:00-da başlayacaq.

Shares: